Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qarabağ”ın “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnən Musa Qurbanlının durumuna aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, dizindən xəsarət alan və erkən əvəzlənən hücumçu 2-3 həftəlik müalicədən sonra məşqlərə qayıdacaq. Onun mövsümü erkən başa vurduğu bildirilir.
24 yaşlı futbolçu bu mövsüm 38 oyunda 9 qol və 3 assistlə yadda qalıb. Onun müqaviləsi 2027-ci ilə qədərdir.