EN

Rubio: “Azadlıq layihəsi” 87 ölkədən 23 min mülki şəxsi xilas edəcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 6 may, AZƏRTAC

"Azadlıq layihəsi" İran rejimi tərəfindən Körfəzdə ilişib qalmış 87 fərqli ölkədən təxminən 23 min mülki şəxsi xilas edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə deyib.

O bildirib ki, “İqtisadi Qəzəb Əməliyyatı" İran rejiminə və onsuz da zəif olan iqtisadiyyatının qalıqlarına maksimum təzyiq göstərməyə davam edir.

"Münaqişə hər gün davam edir. İrana təsirimiz artmağa və onların mövqeyi zəifləməyə davam edəcək. Prezident bu problemi həll etmək üçün ABŞ ordusuna blokadadakı gəmiləri təhlükəsiz yerə yönləndirməyi tapşırıb. Bu, boğazın açılması və İranın iqtisadi təzyiq aktına son qoyulması üçün ilk addımdır”,- deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
13
azertag.az

10Sources