AZ

Rubio: İran ABŞ-nin iradəsini həqiqətən sınamamalıdır

Vaşinqton, 5 may, AZƏRTAC

İran ABŞ-nin iradəsini həqiqətən sınamamalıdır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə deyib.

"Deyəcəyim son məqam budur və bunu anlamaları həqiqətən vacibdir ki, onlar ABŞ-nin iradəsini, heç olmasa Prezident Donald Trampın dövründə sınamamalıdırlar. O, dəfələrlə sübut edib ki, dediklərini təsdiqləyəcək və əgər onu sınasalar, nəticədə uduzacaqlar”,- deyə Rubio bildirib.

 
 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Seçilən
15
41
azertag.az

10Mənbələr