Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İlk finalçı məlum oldu! - Çempionlar Liqası
Bu gecə Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib. Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib.
Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.
5 may
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0
Qol: Saka, 45
İlk oyun - 1:1
6 may
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
İlk oyun - 4:5
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.