EN

NBA də məşhur basketbolçu 50 000 dollar cərimələndi

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli Basketbol Assosiasiyası (NBA) “Boston”un hücumçusu Ceylen Braunu hakimləri tənqid etdiyinə görə 50 min dollar cərimələyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə NBA-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, birinci turun pley-off seriyasının 7-ci oyununda “Boston”un “Filadelfiya”ya 100-109 hesabı ilə məğlub olmasından sonra Braun hakimlərlə bağlı tənqidi fikirlər səsləndirib. Xüsusilə, o, hakimləri ona qarşı qərəzli olmaqda günahlandırıb. Braun həmçinin sosial mediada canlı yayımlarında hakimləri tənqid edib.

Qeyd edək ki, “Boston” 2020-21 mövsümündən bəri ilk dəfə pley-offun ilk raundundan keçə bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
yeniavaz.com

2Sources