Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.
“Xinhua“nın məlumatına görə, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.
Məlumatda deyilir ki, Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.
Məlumatda bildirilib ki, Çin lideri Si Cinpinin əmri ilə həyata keçirilən genişmiqyaslı korrupsiyaya qarşı mübarizənin əsas hədəflərindən biri ordu olub.
Qeyd edək ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.
Xatırladaq ki, Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur.
"Cebheinfo.az"