Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.
"Yeni Sabah" Xinhua-ya istinadla xəbər verir ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.
Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar. pizza
Çin lideri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra həyata keçirilən korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin əsas hədəflərindən biri ordu olub.
Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.
Telegram kanalımız