AZ

2 keçmiş müdafiə naziri edam olunacaq

Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.

KONKRET.az Xinhua-ya istinadla xəbər verir ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.

Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.

Çin lideri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra həyata keçirilən korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin əsas hədəflərindən biri ordu olub.

Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.

Seçilən
12
4
konkret.az

7Mənbələr