Çin dünyanın ən böyük təkbloklu üzən külək turbinini istifadəyə verib.
Musavat.com xəbər verir ki, “Interesting Engineering” nəşrinin məlumatına görə, nəhəng qurğu Quanqdun əyalətinin Yantszyan sahillərindən təxminən 70 kilometr aralıda yerləşən akvatoriyada quraşdırılıb.
Bildirilir ki, turbin yarımdalma tipli üzən platforma üzərində yerləşdirilib və bu sistem dalğalara, eləcə də dəniz axınlarına uyğunlaşmağa imkan verir.
Turbinin qanadlarının uzunluğu 270 metri ötür, rotorun diametri isə 252 metr təşkil edir. Bu ölçü təxminən yeddi futbol meydançası qədər sahəni əhatə edir.
Məlumata əsasən, qurğunun illik istehsal gücü 44,65 milyon kilovat-saat elektrik enerjisi olacaq. Bu isə təxminən 24 min ev təsərrüfatının enerji tələbatını qarşılamağa kifayət edir.
Qeyd olunur ki, turbin əvvəlcə Teşan limanında yığılıb, daha sonra Tsyuncjou boğazı vasitəsilə quraşdırıldığı əraziyə yedəklənib.
Musavat.com