AZ

Dənizin dibinə 20 min nəhəng konstruksiya yerləşdirilir – FOTO

Dubayda dünyanın ən böyük süni rif layihələrindən biri həyata keçirilir.

Musavat.com xəbər verir ki, “Dubai Reef” adlanan layihə çərçivəsində dənizin dibinə təxminən 20 min süni rif modulu yerləşdiriləcək. Məqsəd yeni sualtı ekosistem yaratmaq və dəniz canlılarının sayını artırmaqdır.

Məlumata görə, layihə ümumilikdə 600 kvadrat kilometrdən çox ərazini əhatə edəcək. Xüsusi konstruksiyalar balıqlar, mərcanlar və digər dəniz canlıları üçün sığınacaq və çoxalma mühiti rolunu oynayacaq. İlk test bölgələrində artıq balıq sürülərinin bu strukturların ətrafında toplandığı bildirilir.

Layihənin icrasına 2024-cü ildə başlanılıb və əsas hissəsinin 2027-ci ilə qədər tamamlanması planlaşdırılır. Bəzi süni riflərin hündürlüyü 6 metri keçir və onlar 18-25 metr dərinlikdə yerləşdirilir. İstifadə olunan xüsusi beton və metal sistemlərin 100 ildən çox davamlı olacağı qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, layihə yalnız dəniz həyatını qorumaq üçün deyil, həm də ekoturizmi inkişaf etdirmək məqsədi daşıyır. Gələcəkdə həmin bölgələrdə dalğıc turizmi və dəniz araşdırmaları üçün xüsusi mərkəzlərin yaradılması nəzərdə tutulur.

Musavat.com 

Seçilən
15
3
musavat.com

10Mənbələr