EN

İş adamı restorandan çıxarkən GÜLLƏLƏNDİ

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Yenilik.az-ın oxu.az-a istinadən verdiyi məlumata əsasən, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub.
Chosen
23
12
yenilik.az

10Sources