Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Turkustan.az Unikal.az-a istinadla xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Bakupost.az-ın məlumatına görə, İsa Bolayev 4 azyaşlı qız atasıdır. O, Zaqatala rayonunda icarəyə götürdüyü kafeni işlədirmiş.
Bildirilir ki, hadisədən təxminən bir ay əvvəl İ.Bolayevlə kafenin sahibləri arasında dava düşüb. Güman edilir ki, o, həmin şəxslərdən biri tərəfindən güllələnib.
***
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, ondan ov tüfəngi götürülüb.