AZ

Güllənənən iş adamı ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 

***
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.

Redaktor.az xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Redaktor.az-ın oxu.az-a istinadən verdiyi məlumata əsasən, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub.

Seçilən
20
12
redaktor.az

10Mənbələr