EN

Səfərbərlik Xidmətinin şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə APA-ya Səfərbərlik Xidmətindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik
Chosen
54
12
apa.az

10Sources