EN

“Sabah” və “Zirə” 31-ci dəfə üz-üzə! – ARENA.AZ

Futbol üzrə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Sabah” və “Zirə” arasındakı matç tərəflər arasında 31-ci duel olacaq.

Arena.az verir ki, indiyə qədər yalnız Premyer Liqada qarşılaşmış komandalar arasında 30 matç baş tutub.

Bu görüşlərdə “bayquşlar” 12, “qartallar” 8 dəfə qalib gəliblər. 10 qarşılaşmada heç-heçə qeydə alınıb.

72 qolun vurulduğu duellərdə “Sabah” üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.

Bu qarşılaşmalarda 42 futbolçu qol sevinci yaşayıb. “Sabah”ın 24, “Zirə”nin 20 oyunçusu rəqib qapısına yol tapıb. Davit Volkovla Xulio Sezar Rodriqez hər iki komandanın heyətində fərqlənib.

7 qola sevinmiş Volkov duellərin ən məhsuldar oyunçusudur. O, “Zirə”də 6, “Sabah”da 1 dəfə sevinib. Xulio isə 3 dəfə masazırlıları, 2 dəfə zirəliləri sevindirməyi bacarıb.

Volkov “Zirə”də 6 qol vurduğu kimi Coy Lens Mikels də eyni sayda topu “Sabah”da vurub. Beş futbolçunun aktivində 3 qol var. Hamidu Keyta “Zirə”də, Amadu Diallo, Kevin Kubemba, Marko Deviç və Velko Simiç “Sabah”da buna nail olub.

Əvvəlki 30 dueldə yeganə het-trik Volkovun hesabındadır. 8 dubl qeydə alınıb. Marko Deviç, Velko Simiç, Amadu Diallo, Coy Lens Mikels və Kevin Kubemba “Zirə”nin, Hamidu Keyta, Nicat Süleymanov və Xulio Sezar Rodriqez “Sabah”ın qapısına 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
37
5
arena.az

10Sources