Futbol üzrə Argentina millisinin və İspaniyanın “Atletiko” klubunun sağ cinah müdafiəçisi Nahuel Molina üçün cari mövsüm erkən bitib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu sıradan çıxıb.
Onun bud əzələsində yırtıq aşkarlanıb. Argentina millisinin üzvü mövsümün qalan oyunlarına iştirak etməyəcək. Futbolçunun ən yaxşı halda bir ay sonra meydana qayıtması ehtimal edilir. Bu isə təcrübəli sağ cinah müdafiəçisinin ən yaxşı halda iyun ayında başlayacaq dünya çempionatına kimi bərpa olacağı anlamına gəlir.
Xatırladaq ki, “Atletiko” Nahuel Molinanı 2022-ci ilin yayında İtaliyanın “Udineze” klubundan 20 milyon avro müqabilində heyətinə qatıb. Argentinalı futbolçunun İspaniya klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Molina “Atletiko”nun heyətində indiyə qədər 181 oyuna çıxıb, 9 qol vurub, 17 məhsuldar ötürmə verib.
Nahuel Molina Argentinanın “Boka Xuniors” klubunun yetirməsidir. O, bu klubda olarkən “Defensa Xustisiya” və “Rosario Sentral” klublarında icarədə də oynayıb. Müdafiəçi 2020-ci ilin sentyabrından “Atletiko”ya keçənə qədər “Udineze”də çıxış edib.
Futbolçu 2021-ci ildə debüt etdiyi Argentina yığmasında 58 oyun keçirib, 1 qol vurub, 5 assist müəllifi olub.
