EN

Hakan Fidan: Hörmüz boğazı açılmalıdır

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-İran danışıqlarının çətin tərəfləri olduğu kimi, yaxşı tərəfləri də var.

Belə ki, hər iki tərəf müharibənin bitməsini və Hörmüz boğazının açılmasını istəyir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas məsələ bunu yazılı mətndə necə ifadə etməkdədir:

“Hazırda mübadilə edilən mesajların təbiəti bir qədər belədir. İnşallah, nəticə əldə olunar, başqa cür düşünmək belə istəmirik”.

Hakan Fidan qeyd edib ki, müharibə dünyaya potensial dağıntılar gətirir, Hörmüz boğazı açılmalıdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
7
cebheinfo.az

8Sources