AZ

Fidan: ABŞ-la İran müharibənin bitməsini, Hörmüz boğazının açılmasını istəyir

ABŞ-İran danışıqlarının çətin tərəfləri olduğu kimi, yaxşı tərəfləri də var. Belə ki, hər iki tərəf müharibənin bitməsini və Hörmüz boğazının açılmasını istəyir.

Aktual.az-ın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas məsələ bunu yazılı mətndə necə ifadə etməkdədir: "Hazırda mübadilə edilən mesajların təbiəti bir qədər belədir. İnşallah, nəticə əldə olunar, başqa cür düşünmək belə istəmirik”.

Hakan Fidan qeyd edib ki, müharibə dünyaya potensial dağıntılar gətirir, Hörmüz boğazı açılmalıdır.

Seçilən
2
7
ulusum.az

8Mənbələr