AZ

Hakan Fidan: ABŞ-la İran müharibənin bitməsini, Hörmüz boğazının açılmasını istəyir

ABŞ-İran danışıqlarının çətin tərəfləri olduğu kimi, yaxşı tərəfləri də var. Belə ki, hər iki tərəf müharibənin bitməsini və Hörmüz boğazının açılmasını istəyir.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas məsələ bunu yazılı mətndə necə ifadə etməkdədir: “Hazırda mübadilə edilən mesajların təbiəti bir qədər belədir. İnşallah, nəticə əldə olunar, başqa cür düşünmək belə istəmirik”.
Seçilən
0
7
aznews.az

8Mənbələr