Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzlərində ağacəkmə aksiyaları keçirilib.
Tədbirlər çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun 1500-dən artıq müxtəlif növ ağac əkilib.
Keçirilən aksiyaların əsas məqsədi ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.