Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.
Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.
Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.
Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.
Prezidentin səfəri zamanı Türkiyəyə vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək. Bununla bağlı müvafiq sərəncam “Resmi Gazete”də yayımlanıb.
Qeyd edək ki, TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub.