"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin milli komandasına dəvət olunub.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
Santos Benin yığmasına iyunun 1-də qoşulacaq.