AZ

Felipe Santos milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına dəvət olunub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.

Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.

Qeyd edək i, Felipe 2024-cü ilin yayından “Araz-Naxçıvan”ın formasını geyinir. O, cari mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.

Seçilən
3
5
idmanxeber.az

10Mənbələr