"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin milli komandasına dəvət olunub.
Bu barədə Misli Premyer Liqası təmsilçisindən məlumat verilib.
29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
F.Santos Benin yığmasına iyunun 1-də qoşulacaq.
"Cebheinfo.az"