EN

ABŞ Çinin yüksəlişinin öz hesabına olmasına imkan verməyəcək Rubio

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Çinin qlobal təsirini artırmaq niyyətini anlayır, lakin bunun ABŞ-nin zəifləməsi hesabına baş verməsinə imkan verməyəcək.

Redaktor.az xəbər verir ki, ilkin mənbəyə istinadən o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Rubionun sözlərinə görə, Çin dünyada ən nüfuzlu dövlətə çevrilmək üçün planlı şəkildə fəaliyyət göstərir.

“Onlar hesab edirlər ki, ABŞ-ni geridə qoyaraq dünyanın ən güclü ölkəsi olacaqlar. Bunun üçün planları var və həmin planı həyata keçirirlər. Açığı, mən onları buna görə qınamıram. Əgər Çin hökumətində olsaydım, mənim də belə planım olardı”, - deyə Rubio bildirib.

ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Çini cilovlamağa çalışmır, lakin Pekinin yüksəlişi ABŞ-nin zəifləməsi bahasına baş verməməlidir.

“Çinin yüksəlişi bizim geriləməmiz hesabına olmamalıdır”, - deyə o əlavə edib.

Marko Rubio qeyd edib ki, Pekinin planları ABŞ-nin milli maraqları ilə toqquşduğu hallarda Vaşinqton öz maraqlarını qorumaq üçün addımlar atacaq.

Onun sözlərinə görə, bu məsələlər ABŞ Prezidenti Donald Trampın Çinə səfəri çərçivəsində aparılan danışıqlarda da müzakirə olunacaq.

Qeyd edək ki, Donald Tramp mayın 13-də Çinə səfər edib və Çin sədri Si Cinpinlə görüş keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
50
redaktor.az

10Sources