EN

AFFA Vəliyevi 4, Abuzərovu 2 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 25-ci turunun oyunları ilə bağlı qərarlar açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 25-ci tur

“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Həsən Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Şamaxı” komandası buna görə 1000 manat cərimə edilib. Oyun bitəndən sonra “Şamaxı”nın məşqçisi Yaşar Abuzərov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Şamaxı” buna görə də 500 manat cərimə ödəyəcək.

“Qəbələ-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah”ın futbolçusu Səbuhi Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sabah” buna görə 250 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
23
8
arena.az

10Sources