EN

“Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk tədbir Xaçmaz rayonunda təşkil olunub 

Xaçmaz şəhər 7 nömrəli tam orta  ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Xaçmaz şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində Qusar və Şabran rayonlarında, eləcə də Quba rayonunun 3 kənd zonasında seçim turları keçiriləcəkdir.

"Cebheinfo.az" 

Chosen
16
7
cebheinfo.az

8Sources