EN

Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər

Avropanın həqiqətən əlçatan şəhər avtomobillərindən biri artıq 2030-cu ilə qədər yoxa çıxa bilər.

Publika.az xəbər verir ki, bu barədə "Kia" şirkətindən "Autocar" nəşrinə məlumat verilib.

Bildirilib ki, elektromobillərin icbari satışı ilə bağlı Britaniya qaydaları yumşaldılmasa, kompakt "Kia Picanto" modeli təhlükə altına düşəcək. Çünki Böyük Britaniya Cənubi Koreya avtoistehsalçısı üçün əsas bazarlardan biridir.

Söhbət istehsalçılardan hər il satışlarda elektromobillərin payını artırmağı tələb edən kvota sistemindən gedir. 2026-cı ildə Böyük Britaniyada elektromobillər hər bir brendin satışının ən azı 33 faizini təşkil etməli, 2030-cu ilə qədər isə yeni benzinli avtomobillərin satışı qadağan olunmalıdır.

"Kia" üçün "Picanto" strateji əhəmiyyətli model olaraq qalır. Bu, bazarda mövcud olan son dərəcə çevik və nisbətən münasib qiymətli kompakt avtomobillərdən biridir. Lakin bu cür maşınlardan əldə edilən mənfəət azdır və ekoloji tələblərin sərtləşməsi onların istehsalını getdikcə daha az gəlirli edir.

Chosen
4
50
publika.az

10Sources