EN

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib - FOTO

Birinci
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərov Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn zamanı yaylım atəşi açılıb. Qeyd edək ki, Rafiq Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.
Chosen
12
3
1news.az

10Sources