AZ

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərov Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib...

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn zamanı yaylım atəşi açılıb.

Qeyd edək ki, Rafiq Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.

Poliqon.info

Seçilən
5
3
poliqon.info

10Mənbələr