Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəfərov Rafiq Şirvan oğlu dəfn olunub.
Bu barədə Qaziler.az-a “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlumat verib.
O bildirib ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Füzulinin Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
QAZİLER.AZ