EN

Bu rayonda 3 saat işıq olmayacaq

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

AzNews.az xəbər verir ki, bu barədə Azərişıq ASC-dən məlumat verilib.

Belə ki, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq.

Chosen
12
23
aznews.az

10Sources