Misli Premyer Liqasında 32-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günü üçün daha iki matç nəzərdə tutulub. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.
“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edir. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası bu gün də “İmişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək.
“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlir. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0.
16 may (şənbə)
17:00. “Şamaxı” - “Turan Tovuz” - 3:2 (İkinci hissə)
Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
17:00. “Qarabağ” - “İmişli”- 3:0 (İkinci hissə)
Qol: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
17 may (bazar)
18:00. “Zirə” - “Sumqayıt”
18:00. “Sabah” - “Neftçi”
15 may (cümə)
“Karvan-Yevlax” - “Qəbələ” - 1:2
“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol