EN

Fiko: Makron Avropa İttifaqına rəhbərlik edə bilər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Slovakiyanın Baş naziri Robert Fiko hesab edir ki, səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqına rəhbərlik etmək üçün ideal şəxsdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Fiko tələbələrlə görüşdə bildirib.

“Biz (Avropa İttifaqı) güclü liderlərə ehtiyac duyuruq. Əgər siz məndən soruşsanız, bu anda bu rolu kimin yerinə yetirə bilər, mən deyərdim ki, yeganə ideal namizəd Fransanın Prezidenti Makrondur”, - deyə o qeyd edib.

Baş nazir mövcud Avropa İttifaqı rəhbərliyini tənqid edərək, xüsusilə Estoniya Baş naziri Kaja Kallasıın fəaliyyətindən narazılığını ifadə edib.

“Avropa İttifaqı böyük dəyişikliklərdən keçməlidir. Xüsusilə vahid xarici siyasətə malik deyil. Biz bu dəyişiklikləri həyata keçirməliyik ki, vahid Avropa yaşasın, əks halda NATO-da baş verənlər Avropa üçün də təhlükə yaradacaq. NATO tamamilə sarsılıb və biz fərz etməliyik ki, bu təhlükəsizlik sistemi dağıla bilər. Yeni bir kollektiv təhlükəsizlik sistemi isə Avropa İttifaqı çərçivəsində yarana bilər”, - deyə Fiko əlavə edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
13
bizimyol.info

10Sources