EN

Nazilə gəlinini təriflədi

Şair Nazilə Səfərli gəlini Nuranənin ünvanına təriflər yağdırıb.

Bizim.media xəbər verir ki, bu barədə o, "Qonaqcanlı" verilişində danışıb. Şair aralarında qayınana-gəlin münasibəti olmadığını bildirib:

"Başdan bəri gəlinimlə qayınana münasibəti qurmamışam. Onunla insan olaraq davranıram. O da mənimlə insan kimi davranır. Fövqaladə mədəni qızdır. Bu günə qədər mənə "siz" deyə müraciət edir. Yerini biləndir, çox gözəl davranışları var. O qıza çox gözəl tərbiyə veriblər. Gəlinimin tərbiyəli evdən çıxdığına 100% zəmanət verirəm".

Qeyd edək ki, Nuranə şairin oğlu Nurlanın həyat yoldaşıdır. Cütlüyün Ayaz adlı bir oğlu var. (axşam.az)

Bizim.Media

Chosen
6
4
bizim.media

5Sources