AZ

Nazilə gəlininin ünvanına təriflər yağdırdı Video

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şair Nazilə Səfərli gəlini Nuranənin ünvanına təriflər yağdırıb.

Axşam.az xəbər verir ki, bu barədə o, "Qonaqcanlı" verilişində danışıb. Şair aralarında qayınana-gəlin münasibəti olmadığını bildirib:

"Başdan bəri gəlinimlə qayınana münasibəti qurmamışam. Onunla insan olaraq davranıram. O da mənimlə insan kimi davranır. Fövqaladə mədəni qızdır. Bu günə qədər mənə "siz" deyə müraciət edir. Yerini biləndir, çox gözəl davranışları var. O qıza çox gözəl tərbiyə veriblər. Gəlinimin tərbiyəli evdən çıxdığına 100% zəmanət verirəm".

Qeyd edək ki, Nuranə şairin oğlu Nurlanın həyat yoldaşıdır. Cütlüyün Ayaz adlı bir oğlu var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
4
axsam.az

5Mənbələr