Şair Nazilə Səfərli gəlini Nuranənin ünvanına təriflər yağdırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "Qonaqcanlı" verilişində danışıb. Şair aralarında qayınana-gəlin münasibəti olmadığını bildirib:
"Başdan bəri gəlinimlə qayınana münasibəti qurmamışam. Onunla insan olaraq davranıram. O da mənimlə insan kimi davranır. Fövqaladə mədəni qızdır. Bu günə qədər mənə "siz" deyə müraciət edir. Yerini biləndir, çox gözəl davranışları var. O qıza çox gözəl tərbiyə veriblər. Gəlinimin tərbiyəli evdən çıxdığına 100% zəmanət verirəm".