ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şair Nazilə Səfərli gəlini Nuranənin ünvanına təriflər yağdırıb.
Axşam.az xəbər verir ki, bu barədə o, "Qonaqcanlı" verilişində danışıb. Şair aralarında qayınana-gəlin münasibəti olmadığını bildirib:
"Başdan bəri gəlinimlə qayınana münasibəti qurmamışam. Onunla insan olaraq davranıram. O da mənimlə insan kimi davranır. Fövqaladə mədəni qızdır. Bu günə qədər mənə "siz" deyə müraciət edir. Yerini biləndir, çox gözəl davranışları var. O qıza çox gözəl tərbiyə veriblər. Gəlinimin tərbiyəli evdən çıxdığına 100% zəmanət verirəm".
Qeyd edək ki, Nuranə şairin oğlu Nurlanın həyat yoldaşıdır. Cütlüyün Ayaz adlı bir oğlu var.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.