EN

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu urbanizasiya problemlərinin müzakirə olunduğu mühüm platformadır. Forumun builki sessiyasının əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maymunah binti Mohd Şərif deyib. O vurğulayıb ki, mənzil yalnız insanların başı üzərində dam deyil, həm də insan ləyaqətinin və cəmiyyətin rifahının göstəricisidir. Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır. Yaşayış yerlərinin iş məkanlarından uzaqda yerləşməsi karbon emissiyalarını artırır.

Maymunah binti Mohd Şərif qeyd edib ki, mənzil məsələsi təhsil, iqtisadiyyat, insanların dolanışığı, iqlim dəyişikliyi və dayanıqlı inkişafla sıx bağlıdır. Forum çərçivəsində liderlərin yalnız bəyanatlar verməklə kifayətlənməməsi, ölkələrinə qayıtdıqdan sonra konkret fəaliyyət planları həyata keçirmələri vacibdir.

Müxbirlər - Göyçək Mahmudlu, Fərid Səlimov, Sara Əliyeva

Tərcümə etdi - Aytən Məmmədova

Fotoqraf - Tofiq Babayev

Videooperator - Vüsal Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
3
azertag.az

4Sources