EN

“Bahar Muradova: Qadınlar üçün təhlükəsiz və adekvat mənzil hüququ qlobal prioritetdir”

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"World Urban Forum 13 çərçivəsində təşkil olunmuş bu mühüm tədbirdə gender bərabərliyi, inklüziv şəhər inkişafı və adekvat mənzil hüququ kimi məsələləri qlobal gündəliyin ön sıralarında saxladıqlarına görə təşkilatçılara səmimi təşəkkürümü bildirirəm. Bu müzakirə şəhərsalma, sosial rifah, dayanıqlı inkişaf və gender bərabərliyi arasında güclü əlaqənin mövcudluğunu bir daha göstərir".

BAKU.WS xəbər verir ki, bu sözləri Qadınlar Assambleyasının bütün qadınlar və qızlar üçün adekvat mənzil təminatı üzrə gender transformativ strategiyaların birgə hazırlanmasına həsr olunmuş mərasimdə Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O çıxışı zamanı bildirib ki, insanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda təhlükəsiz, əlçatan və insan yönümlü şəhər məkanlarında yaşamaq imkanından da asılıdır:

"Bu gün dünyanın bir çox bölgəsində qadınlar və qızlar adekvat mənzilə və təhlükəsiz yaşayış şəraitinə çıxış baxımından hələ də ciddi çətinliklərlə üzləşirlər.

Silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişikliyi onların həssaslığını artırır və əsas xidmətlərə çıxışı məhdudlaşdırır.

Eyni zamanda mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış mövcud bərabərsizlikləri daha da dərinləşdirir.

Bu səbəbdən gender-həssas yanaşmalar şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrilib".

Bahar Muradova həmçinin vurğulayıb ki, yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış şəraiti qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir və qadınlar və qızlar üçün bərabər imkanların təmin olunması əsas prioritet kimi müəyyən edilir:

"Bu yanaşma paytaxt şəhərimizin inkişaf modelində də öz əksini tapır. Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir. İctimai məkanlara, mobilliyə, yaşıl infrastruktura və sosial xidmətlərə xüsusi diqqət yetirilir.

Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi şəhərlərin qlobal dialoq və əməkdaşlıqdakı artan rolunu nümayiş etdirir. Bu yanaşma UN-Habitat tərəfindən təşviq edilən "Şəhərlərin Səsi" konsepsiyası ilə tam uyğunluq təşkil edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
1
baku.ws

10Sources