EN

La Liqa: “Barsa” “Betis”ə, “Real” “Selta”ya qalib gəldi – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 37-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

“Atletik” – “Selta” matçında qalib müəyyənləşməyib.

“Real” səfərdə “Sevilya”nı, “Valensiya” “Real Sosyedad”ı, “Alaves” “Real Ovyedo”nu, “Espanyol” “Osasuna”nı məğlub edib.

Çempion “Barselona” “Betis”i, “Rayo Valyekano” “Vilyarreal”ı, “Levante” “Malyorka”nı, “Elçe” “Xetafe”ni, “Atletiko” da “Jirona”nı xalsız yola salıb.

Beləliklə, cari mövsümün sonuna bir tur qalmış “Barselona” 94 xalla vahid liderdir. Madrid “Real”ı 83 xalla ikinci pillədə qərarlaşıb. “Vilyarreal”la “Atletiko” 69, “Betis” 57, “Selta” 51, “Xetafe” 48 xal toplayıblar.

İspaniya, La Liqa
37-ci tur
17 may

Atletik – Selta 1:1
Qollar: İ.Uilyams, 52 – Svedberq, 4.

Sevilya – Real 0:1
Qol: Vinisius, 15.

Real Sosyedad – Valensiya 3:4
Qollar: Munyos, 3. Tarreqa, 60-öz qapısına. Oskarsson, 63 – Querra, 8; 90+3. Duro, 22. Rodriqes, 89.

Rayo Valyekano – Vilyarreal 2:0
Qollar: Kamelyo, 28. Alemao, 47.

Real Ovyedo – Alaves 0:1
Qol: T.Martines, 17.

Osasuna – Espanyol 1:2
Qollar: V.Munyos, 49 – K.Romero, 27. K.Qarsiya, 53.

Levante – Malyorka 2:0
Qollar: Espi, 32. Arriaqa, 87.

Elçe – Xetafe 1:0
Qol: Çust, 19.

Atletiko – Jirona 1:0
Qol: Lukman, 21.

Barselona – Betis 3:1
Qollar: Rafinya, 28; 62. Kanselo, 74 – İsko, 69-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
150
5
arena.az

10Sources