AZ

A Seriyası: “Yuve” uduzdu, “Napoli”, “Milan” və “Roma” sevindi – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 37-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Çempionluğu təmin etmiş “İnter” bu turda “Verona” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.

“Yuventus” “Fiorentina” ilə ev oyununda məğlub olubsa, “Roma” paytaxt derbisində “Latsio”ya, “Napoli” səfərdə “Piza”ya, “Milan” “Cenoa”ya qalib gəlib.

Beləliklə, cari mövsümün sonuna bir tur qalmış “İnter” 86 xalla vahid liderdir. “Napoli” 73 xalla ikinci pillədə qərarlaşıbsa, “Milan”la “Roma”nın 70 xalı var. “Komo” və “Yuventus” 68, “Atalanta” 58, “Bolonya” 55 xal toplayıb.

İtaliya, A Seriyası
37-ci tur
17 may

Roma – Latsio 2:0
Qollar: Mançini, 40; 66.

Piza – Napoli 0:3
Qollar: Maktominey, 21. Rrahmani, 27. Höylund, 90+2.

Yuventus – Fiorentina 0:2
Qollar: Ndur, 34. Mandraqora, 83.

Cenoa – Milan 1:2
Qollar: X.Vaskes, 86 – Nkunku, 50-pen. Atekame, 81.

Komo – Parma 1:0
Qol: Moreno, 58.

İnter – Verona 1:1
Qollar: Edmundsson, 47-öz qapısına – Boue, 90+1.

Atalanta – Bolonya 0:1
Qol: Orsolini, 78.

Kalyari – Torino 2:1
Qollar: Espozito, 39. Mina, 45+2 – Obrador, 37.

Sassuolo – Leççe 2:3
Qollar: Loryente, 20. Pinamonti, 82 – Xeddira, 14; 25. Ştuliç, 90+6.

Udineze – Kremoneze 0:1
Qol: Vardi, 9.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
1
arena.az

10Mənbələr