AZ

Premyer Liqa: MY “Nottingem Forest”i çətinliklə yendi – ARENA.AZ

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Brentford” – “Kristal Pelas” və “Vulverhempton” – “Fulhem” matçlarında qalib müəyyənləşməyib. “Everton” doğma meydanda “Sanderlend”ə məğlub olub. “Mançester Yunayted” “Nottingem Forest”i, “Lids” “Brayton”u, “Nyukasl” “Vest Hem”i məğlub yola salıb.

37-ci turun qalan görüşləri mayın 18-də və 19-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
37-ci tur
15 may

Aston Villa – Liverpul 4:2
Qollar: M.Rocers, 42. O.Uoktins, 57; 73. Makqinn, 89 – Van Deyk, 52; 90+2.

17 may

Mançester Yunayted – Nottingem Forest 3:2
Qollar: Şou, 5. Kunya, 55. Mbömo, 76 – Morato, 53. Gibbs-Uayt, 78.

Brentford – Kristal Pelas 2:2
Qollar: Uattara, 40; 88 Sarr, 6-pen. Uorton, 52.

Everton – Sanderlend 1:3
Qollar: Rohl, 43 – Brobbi, 59. Le Fi, 81. İsidor, 90+1.

Lids – Brayton 1:0
Qol: Kalvert-Lyuin, 90+6.

Vulverhempton – Fulhem 1:1
Qollar: Mane, 25 – Robinson, 45+3-pen.

Nyukasl – Vest Hem 3:1
Qollar: Voltemade, 15. Osula, 19; 65 – Kastelyanos, 69.

18 may

23:00. Arsenal – Börnli

19 may

22:30. Bornmut – Mançester Siti
23:15. Çelsi – Tottenhem

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
26
1
arena.az

10Mənbələr