EN

Ağstafaya əlavə qatar reysləri təyin olunub

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Ucnoqta.az bu barədə "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümükündür.

Chosen
5
49
ucnoqta.az

10Sources