EN

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb.

Azreform.info xəbər verir ki, Ağdam təmsilçisindən "Report"a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Chosen
23
8
azreform.info

10Sources