EN

Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir.

Xüsusi nümayəndənin sözlərinə görə, hazırda Suqovuşan–Sərsəng Su Anbarı–Gözlükörpü–Kəlbəcər, Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam, Əsgəran–Xocalı–Xankəndi və Bərdə–Ağdam–Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

 

Chosen
22
1
bakivaxti.az

4Sources