EN

Qurban Qurbanov: “Qarabağ” etibarlı əllərdədir” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan 2025/2026-cı illər mövsüm haqda fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

Tədbir mövsümün yekunlarına həsr olunub. Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.

Qurban Qurbanov “Qarabağ”ın UEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib:

“Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.

Tədbirin sonunda futbolçular çıxış edərək komandaya başa çatmaqda olan mövsümü dəyərləndirib, yeni mövsümdə uğurlar arzulayıblar. Onlar komandanın hədəflərinə çatması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
9
8
arena.az

10Sources