EN

"Arsenal" 22 ildən sonra İngiltərə çempionu oldu

İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçə etməsi ilə “Arsenal” rəsmən çempionluğunu elan edib.

“Hakimiyyet.az ” xəbər verir ki, London təmsilçisi rəqibinin xal itirməsindən sonra sona bir tur qalmış 22 illik çempionluq həsrətinə son qoyub.

Xatırladaq ki, “topçular” sonuncu dəfə bu titula 2003/2004-cü illər mövsümündə, əfsanəvi baş məşqçi Arsen Vengerin rəhbərliyi altında rəqiblərinə məğlub olmadan (“yenilməzlər” mövsümü) sahib çıxmışdılar.

Onu da qeyd edək ki, bu uğurla Mikel Artetanın yetirmələri klub tarihində 14-cü Premyer Liqa çempionluğunu rəsmiləşdiriblər.

Məlumat üçün qeyd edək ki, London təmsilçisi mayın 30-da UEFA Çempionlar Liqasının final mərhələsində Fransa kollektivi PSJ ilə qarşılaşacaq.

Chosen
21
15
hakimiyyet.az

10Sources