EN

Bakı-Tbilisi qatarının qiyməti neçiyə olacaq? - Ekspert AÇIQLADI

"Bakı–Tbilisi marşrutu üzrə sərnişin daşımalarında tariflərin formalaşdırılması yalnız bir tərəfin qərarı ilə müəyyən edilmir. Bu prosesdə həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları nəzərə alınır".

Redaktor.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir:

"Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir. Bakı–Tbilisi reysi üzrə bilet qiymətləri bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən valyuta məzənnəsindəki dəyişikliklərdən də asılı olur. Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat olacaq. Çünki gürcülərdə infrastruktur bahadır".

 

Chosen
14
4
redaktor.az

7Sources