EN

Gənclər arasında mədəni irsinin təbliğinə həsr olunmuş intellektual turnir keçirilib

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Şabran rayonunda tədbir təşkil olunub. 

Şabran şəhər 5 nömrəli tam orta  ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Şabran şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Rəsmi hissədə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Turan İskəndərova, Şabran şəhər 5 nömrəli tam orta ümuməhsil məktəbinin direktoru Raifa Məmmədova bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Dəvəçi kəndini təmsil edən “Qarabağ” komandası qazanıb. Şabran şəhərini təmsil edən “İntibah” və “Everest” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.

Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Xaçmaz və Qusar rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 100 nəfər yniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun 3 kənd zonasında da seçim turlarının keçirilməsi planlaşdırılıb.

Fotolar

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
9
azpost.info

10Sources